VAHİD İDARƏETMƏ SİSTEMLƏRİ (VİS)

İdarəetmə sistemləriniz üzrə uçot, monitorinq və hesabatlıq işlərinizi asan və sistemli edirik.
Qısa məlumat

QDMS nədir?

QDMS həlli, idarəetmə sistemlərinizlə (ISO 9001, ISO 14001, ISO 27001, ISO 45001 və sair) əlaqəli hər şeyin izlənməsini, ölçülməsini, hesabatlığını və auditini asanlaşdırır. Tam inteqrasiya edilmiş vahid idarəetmə sistemin gücündən faydalanın. Özünüzü masanızdan azad edin. Bir smartfon və ya tablet istifadə edərək gəzinti ərəfəsində yoxlamalarınızı tamamlayın və məlumatları daxil edin. Müşahidələrinizi və müvafiq məlumatları daha az zəhmətlə daxil edin.

Müştərilər

0+

Müştərilər
TOP 10 (Türkiyə)

0

TOP 10 (Türkiyə)
TOP 100 (Türkiyə)

0

TOP 100 (Türkiyə)
İstifadəçi məmnuniyyəti

0%

İstifadəçi məmnuniyyəti
ƏSAS XÜSUSİYYƏTLƏRİ

Niyə QDMS?

  • Keyfiyyət məsələləri

    Şirkət, tənzimləmə və sənaye tələblərinə, o cümlədən İSO 9001 və digər standartlara uyğun olaraq keyfiyyət ilə bağlı hadisələri izləyin və hesabat verin.

  • SƏTƏM məsələləri

    Şirkət, tənzimləmə və sənaye tələblərinə uyğun olaraq xəsarət və iş qəzalarını izləyin və hesabat verin. SƏTƏM proqramınızın bütün aspektlərini nəzarətdə saxlayın və təkmilləşdirin.

  • Ətraf mühit məsələləri

    Şirkət, tənzimləmə və sənaye tələblərinə uyğun olaraq zərərli axıntı və tullantılar, və bunun sayəsində ətraf mühitə dəyən zərəri nəzarətdə saxlayın.

  • Xətaların monitorinqi

    QDMS təşkilatlara potensial xətalar meydana gəldməzdən əvvəl onları müəyyənləşdirmək və aradan qaldırmaq üçün komanda şəklində problem həll etmə yanaşmasından istifadə etməyə kömək edir.

  • Auditləri idarəetmə

    Yoxlama və təftişlərinizi çox daha az zamanda tamamlayın və tapıntılarızı rahatlıqla izləyin və hesabat verin. Rutin yoxlamalar üçün standart siyahılardan istifadə edin və ya özünüz şablon yaradın.

  • Təlimləri idarəetmə

    Pul və vaxtınıza qənaət etmək üçün köhnəlmiş cədvəllərinizi və təlim idarəetmə proseslərinizi tərk edərək QDMS-in təqdim etdiyi müasir təlim idarəetmə sistemindən faydalanın.

Faydaları

QDMS bir sıra faydalar gətirir

  • Sənədlərə nəzarət

    İşçilərin minimal səylə lazım olan sənədləri tapa bilməsi üçün bütün sənədləriniz üçün mərkəzi bazada saxlayın. Əlaqədar sənədləri bir-birinə bağlayın və istifadəçilərin bundan məlumatlı olduğuna əmin olun.

  • Tapşırıqları yerinə yetirin

    Şəffaflıq hesabatlığa səbəb olur. Uyğunluq işləri ilə bağlı vəzifələri təşkilat miqyasında vəziyyətə dair məlumat əldə edin. Vəzifənin öhdəsindən yaxşı gələnləri və bu mövzuda inkişaf etidirilməli olanları müəyyən etmək üçün həllin təqdim etdiyi analiz alətlərindən istifadə edin.

  • Uyğunluğu təmin edin

    Bütün təşkilatınızın uyğunluğa əməl etdiyindənəmin olun – ancaq bunu insanlar üçün asanlaşdırın və o zaman bu sizin üçün də asanlaşacaq. Uyğunluq proqramının bütün aspektlərinin təsirli olduğundan əmin olmaq üçün yoxlama, audit və ya digər nəzərdə tutulan tədbirləri planlaşdırın.

  • İrəliləyişi izləyin

    Əsas Fəaliyyət Göstəriciləri, təşkilatın yüzlərlə və ya minlərlə uyğunluq tapşırığının öhdəsindən necə gəldiyini asanlıqla görmək üçün istifadə edilə bilər. Məlumatları təhlil edərək vəziyyəti daha yaxşı qavrayın və ən böyük riskləri aşkar edin.

  • Daha təkmil olmaq

    Ən çox diqqət tələb edənsahələri asanlıqla müəyyənləşdir və lazımi yerlərdə təkmilləşdirməni təmin edin. Görüləcək tədbir haqqında daha məqsədəuyğun qərar vermək üçün gedişat ilə əlaqəli məlumatları və vizual qrafikləri təhlil edin. Ciddi məsələləri asanlıqla müəyyən edin.

EKRAN GÖRÜNTÜLƏRİ

Sadə. Təmiz. Asan istifadə. Məlumatlı.