Tərəfdaşlarımız

Cəmiyyətə innovativ, dayanıqlı, qabaqcıl və qlobal arenada özünü sübut etmiş həllər gətirmək üçün dünyanın ən yaxşı şirkətləri ilə əməkdaşlıq edirik.
Bimser

1998-ci ildə qurulan Bimser Nyu Yorkda yerləşən qabaqcıl bir proqram təminatı şirkətidir. Şirkət sertifikatlaşdırılmış SAP satıcısı və Microsoft Gold Partnyor-dur.
Rəqəmsal transformasiya tərəfdaşı olaraq, Bimser sadəliyin gücünə inanır. Sadəlik məhsuldarlığı artırır, işçi və müştəri məmnuniyyətini artırır, xərcləri azaldır və istənilən iş yerində gəliri yaxşılaşdırır.

JEDOX

2002-ci ildə, Almaniyada təsis olunmuş JEDOX şirkəti dünyanın müxtəlif ölkələrinin  2500 təşkilatından olan iş peşəkarlarına məlumat əldə etmək, biliklərini bölüşmək və beləliklə eyni nəticəyə köklənmək səlahiyyətini verir.

Təşkilatlar hər bir məlumatla idarə olunan prosesi tənzimləyə bilər – Strateji planlamadan, proqnozlaşdırıcı analitik modellər və ya əməliyyat fəaliyyətinin planlaşdırılmasına qədər.

Bubble PPM 1

1999-cu ildə təsis olunan və layihə portfelinin və büdcənin idarə olunması üzrə lider proqram təminatı sayılan Bubble PPM dünya üzrə bir çox müştəriləri ilə London, Kembric və Vankuver kimi şəhərlərdə yerləşən ofislərindən işləyirlər.

Onun bulud əsaslı həlləri müştərilərə İnnovasiya, Yeni Məhsulların İnkişafı, Mühəndislik, İT və digər təşəbbüslərin planlaşdırılmasını, idarə edilməsini və çatdırılmasını yaxşılaşdırmağa kömək edir

smartsheet-log

Smartsheet, bütün sektorlar üzrə təşkilatlarda müvəffəq olduğunu sübut edib. Fortune 500’in 75%-dən artıq şirkətləri strateji təşəbbüslərini idarə etmək üçün Smartsheet’dən istifadə edir.

Bu günün ən böyük təşkilatlarının ehtiyaclarına cavab verən çevik, sadə, təhlükəsiz və rahat genişləndirilə bilən platformaya malikdir. Real vaxt sinxronizasiyasını təmin edir və problemsiz kommunikasiyanı asanlaşdırır

1C-logo

1C: Müəssisə, nisbətən ucuz qiymətə təmin oluna bilən, açıq kod mənbəyinə və çevik modifikasiya imkanlarına malik, MDB məkanında ən populyar olan idarəetmə tətbiqetməsidir. Milyondan çox müştərisi və 10 mindən çox satış ortağı var.
1C: Müəssisə mühasibat, kadrlar, istehsal və ticarət (satış) kimi funksiyalar üzrə gündəlik müəssisə fəaliyyətlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulub.