Missiya, Məfkurə və Dəyərlər

Proqram təminatı həll və xidmətləri məhsullarımızın vacib hissəsi olsa da, təəhhüdümüz bundan daha irəli səviyyədədir.

Missiyamız

İmkan daxilində bütün bilik və bacarıqlarımızı səfərbər edərək, təşkilati səmərəlilik və dayanıqlı böyüməyi təmin etməyə əzm göstərən şirkətlərin tərcih edilən tərəfdaşı olmaq; və yekun nəticədə, regional iqtisadiyyat və ictimaiyyət üçün müsbət və davamlı təsir ərsəyə gətirmək.

Məfkurəmiz

VABISS müştərilərinin uğurunun vacib bir hissəsidir, onlarla həmfikir tərəfdaşlar kimi əməkdaşlıq edir və istifadə etdiklərini texnologiyanın sevincini bölüşür.

VABISS komandası müvəffəqiyyəti bölüşmək üçün təşəbbüs göstərən və biznes mühitinə verdiyimiz müsbət təsirdən qürur duyan, öz sahələrində ən peşəkar mütəxəssislərdir.

Dəyərlərimiz

Dəyərlərimizin təməlini şirkətin başlanğıcından atmışıq və onlardan bu yolda irəlilədikcə, gündəlik qərar və fəaliyyətlərdə, tərəfdaş və komanda yoldaşlarının seçilməsində rəhbər kimi istifadə edirik. Dəyərlərimiz:

  • Heç bir “cəfəngiyat”

    Müştərilərə yalnız məqsədəuyğun və məntiqli həllər təklif et; başqalarını unut.

  • Gözləntiləri aşmaq

    Müştəri ilə işləyərkən heç vaxt qənaətə qaçma və lazım olduqda əlavə yardımdan çəkinmə.

  • Səmərəlilik

    Səmərəli işlə və müştərinin vaxt və maliyyə resurslarını israf etmə!

  • Dürüstlük

    “Asan” deyil, “düzgün” olanı et və həmişə etik davran.

  • Mükəmməllik

    Ən yüksək keyfiyyəti təmin et və performans şkalasını daim artırmağa çalış.

  • Komanda şuuru

    Kollektiv ağılın gücündən istifadə et və komanda işinin sinerjisini əldən buraxma.

Mədəniyyətimiz

  • check
    İnklüziv, dost, komanda əsaslı, müsbət və yüksək performanslı bir mədəniyyət təbliğ edirik – bu insanlarımızın ola bildiyincə ən yaxşı olmalarına imkan yaradır və müştərilərimiz üçün müstəsna nəticələr verir.
  • check
    Biz prinsiplərə sahibik. Biz cavabdehik. Biz fəalıq. Biz çevikik və dəyişən ehtiyaclara tez uyğunlaşırıq.
  • check
    Biz inanırıq ki, empatiya və hörmət peşəkarlığın bir hissəsidir.

Təəhhüdümüz

  • check
    Müştərilərimizə ən yaxşısını gətirmək üçün dəyişən dünya, tələb, meyl və vasitələrə uyğunlaşmaqda qərarlıyıq.
  • check
    Müştərilərimiz üçün əsaslı və davamlı bir dəyər yaratmağa qərarlıyıq.
  • check
    Biz işimizə yalnız texnologiya satmaqdan irəli baxmağa qərarlıyıq; biz buna layihə idarəetmə, optimal tətbiq, təlim, məsləhət və dəstəkdən elementlərindən ibarət bütün bir həll kimi baxırıq.