ƏSAS VƏSAİTLƏRİ İDARƏETMƏ (ƏVİ)

Biznes əhəmiyyətli əsas vəsaitlərinizin vəziyyət və performansını asanlıqla izləyin və texniki xidmət planlama və icra effektivliyini artırın.
Qısa məlumat

BEAM nədir?

Müasir müəssisələrdə Əsas Vəsaitlərin məhsuldarlıq və keyfiyyət problemlərinin kökündə duran səbəb zəif Əsas Vəsait İdarəetmə Sistemləridir. Biznes əhəmiyyətli Əsas Vəsaitlərə nəzarət etmədən bir müəssisənin keyfiyyətinə və məhsuldarlığına nəzarət etmək mümkün deyil.

BEAM, funksionallıq, hesabatlıq və istifadə rahatlığı üçün ən çox istifadə olunan Əsas Vəsaitləri İdarəetmə həllidir. Rəqəmsal keçid ortağınız olaraq, sadəliyin gücünə inanırıq. BEAM məhsuldarlığı artıran, işçi və müştəri məmnuniyyətini yüksəldən, xərcləri azaldan və istənilən iş yerində gəlirliyi yaxşılaşdıran sadəliyi təmin edir.

Müştərilər

0+

Müştərilər
TOP 500 (Türkiyə)

0+

TOP 500 (Türkiyə)
Son istifadəçi məmnuniyyəti

0%

Son istifadəçi məmnuniyyəti
ƏSAS XÜSUSİYYƏTLƏRİ

Niyə BEAM?

  • Əsas Vəsaitləri idarəetmə

    BEAM, hər cür əsas vəsaiti və onların məlumatlarını idarə etməklə inteqrasiya olunmuş vahid/mərkəzi idarəetmə platforması kimi çıxış edir.

  • Nəqliyyat parkını idarəetmə

    Bütün nəqliyyat parkı əsas vəsaitləri ierarxiyası və ehtiyat hissələri qeydləri yaradın və tələblərə uyğun texniki xidmətə nəzarəti təmin edin.

  • Ehtiyatları idarəetmə

    Əsas vəsaitlərin ehtiyat hissələrinə dair həmişə məlumatlı qalın. BEAM sayəsində ehtiyatlarınızı daha səmərəli şəkildə idarə edin.

  • Texniki xidmətləri idarəetmə

    Planlı və planlansız texniki xidmət tədbirlərini – sifarişin açılmasında onların icrası və bağlanmasına qədər prosesləri əhatə etməklə – effektiv idarə edin.

  • Təchizatı idarəetmə

    Ehtiyac sifarışlərin yaradın, ehtiyac sifarişlərin icmallaşdırın, idarəçilərin təsdiqini alın və alış sifarişləri tərtib edin.

  • Texniki heyəti idarəetmə

    Texniki heyətinizi onların iş yükləri, prioritet tapşırıqları, bacarıqları və növbəliyinə əsaslanaraq idarə edin.

  • Enerji səmərələliyini idarəetmə

    Müəyyən əsas vəsaitlərə sərf olunan enerjiyə nəzarət edin, istehlak hədəflərini planlaşdırın və faktiki nisbətlərini təhlil edin. 

  • Zəmanətləri idarəetmə

    Tədarükçülər ilə müqavilələri uçota alın və zəmanət altındakı əsas vəsaitlərin texniki xidmət xərclərinə qənaət etmək üçün zəmanətlərə nəzarət edin.

  • Sənədləri idarəetmə

    Bütün sənədlərinizi vahid məlumat bazasında saxlayın edin. Texniki təlimatları və ya müqavilə sənədlərini müvafiq qruplarla rahatlıqla paylaşın.

Faydaları

BEAM bir sıra faydalar gətirir

  • Daha keyfiyyətli müştəri xidməti

    Əsas vəsaitlərin məhsul və xidmətlərin təqdim edilməsi və keyfiyyətində əsas rol oynadığı təşkilatlarda müəssisə əsas vəsaitlərinin daha təkmil idarə olunması daha yaxşı əməliyyat nəticələrinə, performansın yüksəlməsinə və nəticədə müştəri xidmətinin yaxşılaşdırılmasına kömək edəcəkdir.

  • Daha uzun vədəli faydalanma

    Əsas vəsaitlərinizin harada olduqlarını və vəziyyətlərini dəqiq bilin. Buna görə, heç vaxt ehtiyacınızdan çoxunu almayacaqsınız və əsas vəsaitlərinizi daha səmərəli istifadə edə biləcəksiniz.

  • Daha çox səmərəlilik

    Əsas vəsaitlərizi qeydlərini əlavə etmək, yoxlamaq və dəyişdirmək üçün avtomatlaşdırılmış proseslərlə səmərəliliyi artırın. Barkod və ya RFID skanerindən istifadə edərək məlumatları avtomatik olaraq ələ keçirin. Bir toxunuşla ətraflı hesabat yaradın.

  • Daha düzgün qərarlar

    BEAM, bir təşkilatın əsas vəsaitlər portfelinin geniş görünüşünü və onların biznes hədəflərlə uzlaşmasına dair dəyərli məlumatlar təqdim edir ki, bu rəhbərlərə əsas vəsaitlər üzrə gələcək investisiya ehtiyaclarına dair düzgün qərarlar qəbul etməyə imkan yaradır.

  • Daha etibarlı uyğunluq

    BEAM, təşkilatların eyni məlumatların əl ilə tərtib edildiyi təqdirdə aylar alacağı uyğunluq hesabatlarını (avadanlıqlara texniki xidmət, kalibrləmə və sınaq kimi) bir neçə dəqiqədə əldə etməsini mümkün edir.

  • Daha təkmil risk idarəetmə

    BEAM, risklərə əsaslanan əsas vəsaitləri idarəetmə mədəniyyətini aşılamağa və əsas vəsaitlərə sahibliklə əlaqəli riskləri azaltmağa kömək edir – lazımsız təmir xərclərindən və səmərəsizlikdən bədbəxt hadisələrin qarşısının alınmasına qədər.

EKRAN GÖRÜNTÜLƏRİ

Sadə. Təmiz. İstifadədə Asan. Məlumatlı.